Seviyorum, öyleyse varım. -Unamuno |
|
||||||||||
|
Hələ səs çıxmayır eldən, Dur ayağa yapış beldən, Oyna yurdumun əsgəri. Məmləkətim olub viran, Kalandır general olan, Bir metrə torpaq alan, Göstər mənə bir nəfəri. Xalqı saldıq batağliğa, Heç gedən yoxdur qabağa, Bu xalqımız bir qirağa, Müflis eylədik Xəzəri. Fəxr edirik şöhrət ilə, İş görürük rüşvət ilə, Ucalmışıq sərvət ilə, İnsanliğın yox dəyəri. Zayı çıxıb bu millətin, İtirib arı-qeyrətin, İndiki hakimiyyətin, On bir ildə yox bəhəri. Guya Bakı abadlaşıb, Anlamırlar bərbadlaşıb, Mənəviyyat kasadlaşıb, Viran qoublar şəhəri. Haqq deyilən ayağlanır, Könül zülm ilə dağlanır, İndi məscid də bağlanır, Budur bunların səməri. Düzdür Həbib qürbətdədir, Vətən üçün həsrətdədir, Məlumatlı surətdədir, Sanma onun yox xəbəri. 16 Mart 2004, İsveç.
İzEdebiyat yazarı olarak seçeceğiniz yazıları kendi kişisel kütüphanenizde sergileyebilirsiniz. Kendi kütüphanenizi oluşturmak için burayı tıklayın.
|
|
| Şiir | Öykü | Roman | Deneme | Eleştiri | İnceleme | Bilimsel | Yazarlar | Babıali Kütüphanesi | Yazar Kütüphaneleri | Yaratıcı Yazarlık | Katılım | İletişim | Yasallık | Saklılık & Gizlilik | Yayın İlkeleri | İzEdebiyat? | SSS | Künye | Üye Girişi | |
Book Cover Zone
Premade Book Covers
İzEdebiyat bir İzlenim Yapım sitesidir. © İzlenim
Yapım, 2024 | © Həbib Müntəzir, 2024
İzEdebiyat'da yayınlanan bütün yazılar, telif hakları yasalarınca korunmaktadır. Tümü yazarlarının ya da telif hakkı sahiplerinin izniyle sitemizde yer almaktadır. Yazarların ya da telif hakkı sahiplerinin izni olmaksızın sitede yer alan metinlerin -kısa alıntı ve tanıtımlar dışında- herhangi bir biçimde basılması/yayınlanması kesinlikle yasaktır. Ayrıntılı bilgi icin Yasallık bölümüne bkz. |