...Amma bilirsən,
Bilirsən sükutun dərinliyini
Və susan adamın nələr çəkdiyini...
Bilirsən
Ağrı-acısını necə içinə atdığını,
Göz yaşlarını necə udduğunu,
Ancaq
Hələ yaşamaq gərəkdiyini düşünüb durduğunu
Amma bilirsən...
Bəzən bilməkdir insanı qorxudan-
Örtüsüz, bəzəksiz
Yaşam hekayələri...
Və bir gün ard-arda anlatılar,
Anlatılar-sevgiyə güvənərək
Və bir qüvvə varmışcasına,
Və o qüvvəyə söykənərək...
Bilirsən,
Həyat
Öz yoluyla axıb gedən su kimi rəvan deyil,
Həyat
Bir yerdən sonra dirənişdir, dostum, dirəniş
Uğursuzluqlar çəkdikcə bizi dərinə-dərinə...
Lakin
Hər kəs bir gün açar öz sirrini
Sükutundan anlayan birinə...