Bir az gizli adam
Bir az sirr adam
Həsrəti, ümidi bəlli olmayan
Ay çətin məsələ,
Həlli olmayan...
Qəzəbi, nifrəti içində adam
Sevinci, kədəri dərinliyində
Çözə bilmədiyim biçimdə adam-
Səni sevirəm....
...Qoy qoyum başımı
Köksünə,
Susum
Dillənsəm xəyallar diksinər,
Susum...
Sən ey sükut adam
Sən ey ruh adam
Bütün dincliyimi qaçıran adam
Sən ey doğma adam,
Sən ey yad adam
Ev adam, çöl adam
Uçurum adam-
Səni sevirəm...
] ]