Son Bahar

yazı resimYZ

...Başlamadan yağışlar...
Yayılmadan ağ duman...

Yenə dinləməkdəyəm saralmış çöllərdəki
Günəş şəfəqlərinin
Torpağa hopmasını...
Küləyin toxunduğu kolların, tikanların
Şərqi oxumasını
Səsinə bir kədərli hekayət qata-qata...

Daladıqca otların qurumuş yarpaqları
Yalın ayaqlarımı, incitdikcə bir azca
Deyirəm ki, ay sizi, balaca qisasçılar,
Sizi mən öldürmədim...
Və heç ölməmisiniz...

Payız çiçəkləridir üzümdəki gülüşlər...
Saralmış çöllərdəki otların arasından
Birgə gülümsəyirik
Günəşə və həyata...

Başa Dön