Yaptulla: Deyirlər ki, Azərbaycan gözəl bir məmləkət olmuş.
Həbibullah: Deyirlərsə demək düzdür?
Yaptulla: Deyirlər ki, Azərbaycan xalqı rahat millət olmuş.
Həbibullah: Deyirlərsə demək düzdür?
Yaptulla: Eşitmişəm günü-gündən gözəlləşən yurdumuz var.
Həbibullah: Həri əşi qiyamətdir,
Yaptulla: Ermənini dağıtmışıq sücaətli ordumuz var.
Həbibullah: Əlbəttə o nə söhbətdir?
Yaptulla: Deyirlər ki, hakimiyyət Qarabağı azad etmiş.
Həbibullah: Bəs nə üçün biz bilmiriy?
Yaptulla: Bilmədiyin çox şey var ki, onları da icad etmiş.
Həbibullah: Yəqin ki, koruq görmüriy.
Yaptulla: Yeni ildə, yeni rəhbər, yeni əvf fərmani verdi.
Həbibullah: Daha nə bilirsən sonra?
Yaptulla: Dustağları buraxaraq azadlıq imkani verdi.
Həbibullah: Dustağı kim salib ora?
Yaptulla: Deyirlər ki, parta-part fabriklər, zavodlar açılır,
Həbibullah: Bütün millət işə gedir?
Yaptulla: Bu indiki yeni günəş atasindan bərk saçılır.
Həbibullah: Dərdi, bəlanı əridir?
Yaptulla: Deyirlər ki, bu iqtidar yaman sabitlik yaradıb.
Həbibullah: Lazim oldu dağıdıb ki...
Yaptulla: On bir ildə, hər bir yerdə sükut, sakitlik yaradıb
Həbibullah: Kimin üçün yaradıb ki?
Yaptulla: Deyirlər iqtisadiyyat günü-gündən irəlləyir.
Həbibullah: Hə də baxir kimin üçün...
Yaptulla: Bizim Azəri xalqına xoş bir gələcək diləyir.
Həbibullah: On il də yaşayıb görün.
Yaptulla: Həbibullah sən bu qədər ümüdsüz danışma bəsdir!
Həbibullah: Mən heç bir şey deyirəm ki?
Yaptulla: Çox sual verib məni bezdirməyə çalışma bəsdir!
Həbibullah: Mən heç sual verirəm ki?
08 Yanvar 2004, İsveç