Bir gecə röyada Məhşər gününü gördüm…Bütün insanlar Yaradanları qarşısında bu dünyada etdikləri əməllərə görə cavab verirdilər.Ələxsus böyük günah sahiblərinin haqq-hesabı, iztirabı, əzabı, günah və savabın cavabı çox uzun cəkirdi. Əlacsızlığdan özləri etiraf edirdilər günahlarını. Buyurun baxın….
Rəhbər:
Gör neçə ildir xalqa zülm ilə rəftar etmişəm.
Millət vəkili:
Mənsə milləti yalan udmağa vadar etmişəm.
Polis:
Mən günahsız insanı soyub günahkar etmişəm.
Hakim:
Yazığ insanlara “iş” verib xətəkar etmişəm.
Müəllim:
Elmi yox, rüşvəti məktəblərdə izhar etmişəm.
Molla:
Öz əməlimlə Böyük Allahı inkar etmişəm.
Şeyx:
Gör neçə layiqsizi Məkkədə zəvvar etmişəm.
Nazir:
Mən Bütü mədh eyləyib, villa, saray var etmişəm.
Həkim:
Kim kasıbdırsa Hippokrat canı bimar etmişəm.
İncəsənət xadimi:
İncəsənətdə olub, sənəti qəddar etmişəm.
Qız:
Oğlanı cəzb etmək ücün paltarı dar etmişəm.
Oğlan:
Mənsə düşmən "Axçini" sevib özmə yar etmişəm.
Millət:
Qorxudan səbr eyləyib özmu yaman xar etmişəm.
Həbib Müntəzir:
Ən böyük günahım odur Haqqı aşkar etmişəm.
18 Sentyabr 2003, Berlin.