Biri vardır, biri yoxdur, mini acdır, biri toxdur, bu elin dərdləri çoxdur, bu məkanda, bu cahanda, nə həqiqətdən əsər var, nə ədalətdən əsər var, nə şücaətdən əsər var, çoxalır get-gedə alçağlığı, yaltağlığı, axmağlığı, sarsağlığı icra elyənlər və onlardır yeriyənlər qabağa, gəl aşağa düşmədə əxlaq, ənənə-adətimiz, erməniyə nifrətimiz, insani şəxsiyyətimiz, mənəvi keyfiyyətimiz, hörmətimiz, izzətimiz var ilə dövlətlə hesablanmada, bu millətim aldanmada, avropanın eşqi ilə canlanmada dərk eyləməyir yanmada, tarixdə qazandığlarımızdan çox itirdiklərimizdir məni heyran eliyən, yer ilə yeksan eliyən, halımı pərişan eliyən, biz qazandıq "Azadlığ"ı, gəl itirdik Qarabağı o ocağı ki, Üzeyir ilə Bülbül və Natavanı, həmi Xanı yetirmiş, millətim çox şey itirmiş, biri də namusu-qeyrətdi və torpağa məhəbbətdi, həmi dini şəriətdi, hələ abrı-həyanı demirəm, dosta vəfanı demirəm, yox deyirəm çünki gərək, Haqqı millətə yetirək, səhvimizi dərk edərək, bunlardan ibrət götürək. Hələ biz çox şey itirdik, məsələn: Zəngəzuri, Göycə Mahalın və o Dərbəndi həmi Təbrizi, Ey xalqımın ən axmağı, ən əzizi! Gəl dinlə məni, biz bunlara layiqmiyik? Bizlər haqqa aşiqmiyik? Eşqimizə sadiqmiyik? Yox! Belə olduğundandır ki, bu bəlalar, bu cəfalar, bu gəda oğlu gədalar, bizlərə hakim olub, guya bunlar xadim olub, hamısı da zalim olub, xalq da ki, mülayim olub bunlara qarşı, o səbəbdən də çəkib həmmişə başı, nə zülmlər, nə ölümlər, gəl biz etmişik səbir ilə dözümlər. Qəlbimiz olub yaralı, nə rəhbər var nə ziyalı. Ey əhali! Həbibin vardı sizə bircə sualı: Yazılıb tarixə bildiklərimiz, görüb, eşitdiklərimiz, bəs eyləməzmi itirdiklərimiz..?
28 Dekabr 2003, İsveç.