Daha Sevgi Şiirleri Yazmayacam

SERBEST ŞEİR

yazı resim

Daha sevgi şeirləri yazmayacam
Dəfn edəcəm ürəyimdə.
Hər istəyi,
Hər arzunu,
Səninlə,
Nəfəsinlə,
Döyünən bu ürəyə
Qəlbimi həsrət qoyacam,
Çox görəcəm,nurunu.
Sızlamadan,
Ağlamadan,
Səpəcəm alovlanan qəlbimə
Bu dünyanın buzunu.
Bax beləcə,
Sakitcə,
Aram-aram,
Zaman-zaman,
Donduracam bu eşqi.
,
Daha sevgi şeirləri yazmayacam
Günəş kimi parlayan
Yağış olub,,
Şimşək olub,
Çaxan,
Çağlayan,
Hər axşam,
Hər səhər,
Səni düşünüb
Əbəs yerə sənin üçün ağlayan,
Gözlərimə baxmayıb.
Usanmadan,
Bezmədən,
Sevirəm dediyim,
Sözlərimə baxmayıb, .
Məzar qazıb dəfn edəcəm bu eşqi.

Daha sevgi şeirləri yazmayacam
Sevdiyim qız,
Məndən uzaq gəzirsə
Qəlbimdəki
Sevgi simin,
Öz əliylə qırırsa,
Aşiqinə nifrət edib,
Əğyara hörmət edib,
Başqasıyla gəzirsə,
Sevirəm dediyim,sözümə görə,
İnciyirsə,
Küsürsə,
Özgələrlə,
Danışırsa,
Gülürsə,
Nəyə gərək
Bu şeir, bu söz,
Onu görən bir cüt qara göz.

Daha sevgi şeirləri yazmayacam
Sevincli günlərimdə,
Kədərli anlarımda
Vəfasız bu sevgimi,
Özümə dost edəcəm.
Bax beləcə, öz ömür yolumu
Bu amalla gedəcəm,
O daş qəlbli,
Mələk üzlü insanı
Unudacam,
Gedəcəm.

Daha sevgi şeirləri yazmayacam
Bir gün bu ölümlü dünyanı,
O da tərk edəcək,
Mən də.
Amma mənim sevgim ölməyəcək,
O dünyada onu,
Yalnız, onu sevəcəm,
Amma, bir daha,bir də,
Sevgi şeirləri yazmayacam.

Başa Dön