Xəbərin varmı?
Unutmaq istərdim, könlümdə qaldın,
Sarıldın, dolaşdın, algımı aldın.
Fərqində olmadan qəlbimə girdin,
Səni necə sevdim, xəbərin varmı?
Xəbərin varmı, xəbərin varmı?
Günahımı batdın, qəlbin rahatmı?
Sevdan yüküm oldu, qəlbimi yordu,
Sanki bir atəşdir, sönməyən qordu,
Söylə, dönüb getmək nə qədər zordu,
Səni nasıl sevdim, xəbərin varmı?
Xəbərin varmı, xəbərin varmı?
Günahımı batdın, qəlbin rahatmı?
Bədəndə yürək, canımda candın,
Çox sevdim mən səni, necə unudur sandın.
Mənə “sevirəm”-dedin, başqalarına qandın,
Səni nasıl sevdim, xəbərin varmı?
Xəbərin varmı, xəbərin varmı?
Günahımı batdın, qəlbin rahatmı?
Sənsiz nə haldayam, dönüb bir də gör,
Səndən başqasına bu gözlərim kor.
Nə qədər zalımsan, nə qədər nankor,
Səni nasıl sevdim, xəbərin varmı?
Xəbərin varmı, xəbərin varmı?
Günahımı batdın, qəlbin rahatmı?
NERMİN TERZİ
ÇEVİRİ DOÇ DR TAMİLLA ABBASHANLI